Yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, iş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindiriliblər. İlkin ehtimallara görə K.Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olub. Lakin mərhumun intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB