Həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb

Həbsxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb

2 saylı CÇM-ə telefon keçirmək cəhdinin qarşısı alınıb. Pentensiar xidmətdən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3 maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Pənah Əhliman oğlu Babayevə Bakı şəhər sakini vətəndaş Rövşən Əli oğlu Ələkbərovun gətirdiyi sovqata baxış keçirilən zaman "HOBBY" markalı şampun qabının içərisindən 1(bir) ədəd "Nokia-C5" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə