Bakıda dəhşətli qəza 2 ölü, 1 yaralı

Bakıda dəhşətli qəza 2 ölü, 1 yaralı

Bakı-Salyan yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Daewoo" markalı minik avtomobili dəmir çəpərlərə çırpılaraq deformasiyaya uğrayıb. Nəticədə avtomobilin sürücüsü, Cabbarov Yasin Çərkəz oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü həmçinin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəzada həlak olanların adları da açıqlanıb. Onlar Yasəmən Talıb qızı Sadıqova və Altay Elman oğlu Sadıqovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə