25 cinayətkar tutulub

Yanvarın 6-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 73 cinayət faktından 25-nin üstü "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 25 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə