Gecə saatlarında Gəncədə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəza şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb. Gəray Rəfibəyli küçəsi ev 48-də yaşayan 62 yaşlı Aydın Məhərrəmov və onun oğlu 25 yaşlı Muraz Məhərrəmov yolu keçmək istəyərkən "VAZ" markalı avtomobil tərəfindən vurulub. Zərərçəkənlər qohumlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti normallaşıb.
Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB