Hadisə nəticəsində 51 yaşlı qadın müxtəlif dərəcəli bədənxəsarətləri alıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Lənkəran rayonunun Liman Şəhərində qeydə alınıb. 51 yaşlı İrina Aleksandrovna Abbasova qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Müayinə zamanı qadının dalağının partlaması aşkar olunub. Dərhal qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb, yarası tikilərək palataya yerləşdirilib.
Həkimlərin səyi nəticəsində qadının həyatı xilas edilsə də, onun hansı şəraitdə xəsarət alması müəmmalı olaraq qalır. Rayonun hüquq- mühafizə orqanlarından faktı təsdiqləsələr də, hadisənin necə baş verməsi barədə məlumat verilməyib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB