18 yaşlı gənci soydu yenidən həbsxanaya qayıtdı

18 yaşlı gənci soydu yenidən həbsxanaya qayıtdı

Paytaxtın əyləncə mərkəzlərinin birində soyğunçuluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Emin Cəfərov tutulub.

O, yanvarın 2-də saat 01:30 radələrində, M.Qardaşları küçəsində yerləşən əyləncə mərkəzində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Teymur Musayevə qarşı soyğunçuluq törətməklə mobil telefonunu və 304 manat pulunu talamaqda şübhəli bilinir.

Bütün xəbərlər Facebook səhifəmizdə