Lənkəranda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb

Lənkəranda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Lənkəran rayon sakini Rafiq Axundovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili Asim Balaşovun idarə etdiyi "BYD" markalı maşınla toqquşub. Nəticədə hər iki maşın yarasız hala düşüb. 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlardan Adil, Zəhra və Zeynəb Rəcəblilər bir ailənin üzvüdür. Vəziyyətləri daha ağır olan 39 yaşlı Adil və 3 yaşlı Zeynəb Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə, digər maşında olan sərnişinlər, rayonun İstisu qəsəbə sakinləri, 29 yaşlı Çingiz Əliyev, 25 yaşlı Asim Balaşov, 23 yaşlı Elmar Həsənov və "VAZ-2107"-nin sürücüsü, 57 yaşlı Rafiq Axundov travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə