Astarada dəhşətli qətl hadisəsi baş verib

Astarada dəhşətli qətl hadisəsi baş verib

Ər arvadını əvvəlcə küt alətlə başına vuraraq, daha sonra ürəyindən bıçaq zərbəsi endirərək qətlə yetirib. Astarada tükürpədici qətl hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı İsmayıl Mikayıl oğlu Əkbərov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Aytən İlham qızı Nurullayevanı yaşadığı evin zirzəmisinə apararaq başına əvvəlcə dəmir boru ilə bir neçə zərbə vurub, daha sonra ürəyindən bıçaq zərbəsi endirərək qətlə yetrib.

Mərhumun yaxınlarının sözlərinə görə, hadisə yerinə çatan zaman Aytən Nurullayevanın cansız cəsədini evin zirzəmisindən çıxararaq rayon hüquq- mühafizə orqanlarının iştirakı daxili və xarici müayinə edilməsi üçün Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinə aparılırb.

Hadisəni törədən İsmayıl Əkbərov könüllü olaraq Astara rayon Polis Şöbəsinə gedərək təslim olub. Hadisəni qısqanclıq zəmnində törətdiyini bildirib. Qeyd edək 15 ildən artıqdır ailə quran İsmayıl və Aytən 3 uşaq sahibidir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə