Onlardan biri dünyasını dəyşib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran şəhərində qeydə alınıb. Hadisə nəticəsində 25 yalı Camal Zakir oğlu Məmmədov və 27 yaşlı Kamal Zakir Məmmədov qardaşları bıçaqlanıb. Onların hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayraq ürəyindən bıçaqlanan Camal Məmədovun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər digər qardaşın vəziyyətini orta ağır qiymətləndirirlər.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəbrayıl Ağayev saxlanılıb. Hansı səbəbdən baş verdiyi məlum deyil.
Faklta bağlı rayon prokurorluğunda cinayət içi açılıb araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB