Xocasəndə yük maşını piyada keçidini dağıdıb. SİA xəbər verir ki, hadisə Xocasən-Lökbatan yolunun 2-ci kilometrində baş verib. Belə ki, Şaqman markalı yük maşını yük banı açıq şəkildə yüksək sürətlə piyada keçidinin altından keçmək istərkən, onu tamamilə yararsız hala salıb. Xoşbəxtlikdən qəza zamanı keçiddə piyada olmayıb.
Hazırda müvafiq araşdırmalar aparılır və keçidə dəyən zərərin qiyməti hesablanır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB