Polis əməkdaşına qarşı kobudluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində Nəsimi RPİ-nin DYPŞ-nin YPX-nin inspektorunun qanunu tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib naməlum istiqamətə gedən "Ford Transit" markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub. Onun barəsində CM-nin 315-ci maddəsi ilə Cİ başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB