7 kq-dan çox marixuana dövriyyədən çıxarılıb FOTOLAR

7 kq-dan çox marixuana dövriyyədən çıxarılıb FOTOLAR

Azərbaycan sərhədçiləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Nəticədə 7 kq 800 qram qurudulmuş marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə