Şirvanda zəncirvari qəzası baş verib FOTOLAR

Şirvanda zəncirvari qəzası baş verib  FOTOLAR

Bu gün axşam saatlarında təxminən 16:15 radələrində Şirvan şəhərində 3 nəfərin ağır yaralanması ilə nəticələnən ağır zəncirvari avtomobil qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində, şəhərin giriş qapısı sayılan Bayraq meydanında baş verib.

10 RX 324 nişan nömrəli VAZ 2107, 19 BF 282 nişan nömrəli VAZ 2107 və 99 FO 948 nişan nömrəli "Mercedes Benz" markalı avtomobillər zəncirvari toqquşma törədiblər. Nəticədə 3 nəfər, Şirvan şəhər Hacıqıhrəmanlı qəsəbə sakini 1957-ci il təvəllüdlü Abdullayev Mikayıl Cəbrayıl oğlu, Şirvan sakini 1984-cü il təvəllüdlü Tağıyeva Aygün Qəhrəman qızı və digər bir kişi komada olduğundan kimliyini müəyyən etmək mümkün olmadı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə FHN-nin xilasediciləri də cəlb olunub. Baş verən ağır hadisə Şirvan Hacıqabul maqistral avtomobil yolunun bağlanılmasına və tıxacın yaranmasına səbəb olub.

Faktla bağlı Şirvan şəhər polis şöbəsinin DYP bölməsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə