Bakıda ağır yol qəzası baş verib ölən var

Bakıda ağır yol qəzası baş verib ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, dekabrın 24-də saat 21:00 radələrində, Buzovna-Pirşağı yolunda Pirşağı qəsəbə ərazisində Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Elnur Kərimovun idarə etdiyi "Şevrolet" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ağasəlim Yusifovun idarə etdiyi "Zil" markalı avtomobilin arxa hissəsindən vurub. Avtoqəza nəticəsində E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ 15-ci PB-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə