Azərbaycanda məscid yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Masallı rayonu, Bədəlan kəndində (rayon mərkəzindən 13 km aralı) qeydə alınıb.
Ümumi sahəsi 204 kv.m olan birmərtəbəli məscid binasının 120 kv.m sahəsi yanıb.
Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB