Bakıda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsinin qurbanı olub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, dekabrın 21-də saat 18:00 radələrində, Mərdəkan-Bilgəh yolunda Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Eldar Mehdiyev idarə etdiyi VAZ-21093 markalı avtomobillə Mingəçevir şəhər sakini, 1957-ci il təvəllüdlü Sevil Mirzəyevanı vurub.
Ağır bədən xəsarəti alan qadın xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB