Cibgirdən tiryək çıxdı

Cibgirlikdə şübhəli bilinən şəxsdən narkotik vasitə tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi, 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik cinayətlərində şübhəli olan Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1964-cü il təvəllüdlü Etibar Məmmədzadə tutulub. Şübhəli şəxsin üzərindən 1,890 qram tiryək aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə