Rusiyada axtarışda olanlar Azərbaycanda tutuldular

Rusiyada axtarışda olanlar Azərbaycanda tutuldular

Rusiyada axtarışda olan iki azərbaycanlı tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan iki nəfər tutulub.

Tutulanlar Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Nəsimi Əmiraslanov və 161-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan İltifat Əhmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə