Bakıda ağır yol qəzası baş verib ölən və yaralılar var

Bakıda ağır yol qəzası baş verib ölən və yaralılar var

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, dekabrın 6-da saat 19:50 radələrində, Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Turqay İmanov idarə etdiyi "Changan" və Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Tahir Tapdıqovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. T.Tapdıqovun sərnişini, Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Asif Mahmudov hadisə yerində dünyasını dəyişib.

T. Tapdıqov və digər sərnişinləri - 1961-ci il təvəllüdlü İzzətəli Baxışov, Ağsu rayon sakini, 1994-cü il təvəllüdlü Röyal Ümidov, habelə T.İmanov və onun sərnişinləri, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Vəfa Hüseynova, 1989-cu il təvəllüdlü Almurad Əhmədov və qardaşı 1985-ci il təvəllüdlü Səməd Əhmədov xəsarət alaraq xəstəxanaya yerəşdirilib. T.Tapdıqov və T.İmanovun vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri qənaətbəxş sayılır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə