Ucarda dəhşətli yol qəzası zamanı diri-diri yanan 3 nəfərin kimliyi məlum olub. Baş Dövlət Yol Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Ceyhun Axundovun verdiyi məlumata görə, BMW markalı, 61 BE 608 nömrə nişanlı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər dünyasını dəyişib.
Hadisə zamanı ölənlər avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Çingiz Şamil oğlu Qədirov, onun sərnişinləri 1987-ci il təvəllüdlü Vasif Sahil oğlu Kəromov və 1984-cü il təvəllüdlü Tapdıq Qədir oğlu Qədirovdur.
"Maşında dünyasını dəyişən şəxslər Qazqumlaq kənd sakinləridir. Onlar qonşudurlar. Maşın sürətlə gedərkən aşıb. Maşın aşandan sonra partlayış baş verib", - deyə polis mayoru Ceyhun Axundov bildirib.
Faktla bağlı araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB