Bakının Binəqədi rayonundakı 102 saylı tam orta məktəbin qazanxanası yanır. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Binəqədi rayonundakı 102 saylı orta məktəbin həyətində yerləşən qazanxanada güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün qazanxanaya verilən qazın kəsilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, yanğının məktəbin tədris binasına heç bir aidiyati yoxdur. Lakin hər ehtimala qarşı təhlükəsizlik tədbirləri çərçivəsində müəllim və şagirdlər binadan təxliyə olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB