Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncənin Tağı Aranı küçəsində qeydə alınıb. Gəncə şəhər sakini 23 yaşlı Kamil Şirinov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yolu keçmək istəyən 50-55 yaşlı qadını vurub. Avtomobilin sürücüsü yaralını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Həkimlərin müayinəsi zamanı məlum olub ki, qadın aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, qəzanı törədən Kamil Şirinov hərbi qulluqçudur. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB