Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, dekabrın 2-də saat 11:00 radələrində, R.Teymurov küçəsi 20-nin qarşısında Bakı şəhər sakinləri 1938-ci il təvəllüdlü Daşdəmir Mənsimov idarə etdiyi "VAZ"- 21012 markalı avtomobil ilə 1974-cü il təvəllüdlü İlqar Əhmədovun idarə etdiyi "Daewoo" markalı 212 saylı sərnişin avtobusu toqquşub. Avtoqəzada aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib D.Mənsimov orada ölüb.
Faktla bağlı Nizami RPİ 25-ci PB-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB