Özünüzü cibgirlərdən qoruyun

Avtobus, metro və ticarət mərkəzlərində əşyalarınızı cibgirlərdən qoruyun
Özünüzü cibgirlərdən qoruyun

Sərnişin qənimləri. Son vaxtlar onlara belə adlandırırlar.Söhbət metroda, avtobuslarda və ya ticarət mərkəzlərində insanların sözün əsl mənasında kabusuna çevrilən cibgirlərdən gedir.Bütün proflaktik tədbirlərə baxmayaraq belə faktlara demək olar ki, hər gün rast gəlinir.

Şəxsi əşyalarınızı cibgirlərdən qoruyun. Bu xəbərdarlıqla paytaxtda ictimai nəqliyyatdan istifadə edən sakinlər demək olar ki, hər gün rastlaşırdılar. Bundan başqa, avtobuslarda itən əşyalara görə sürücülərin məsuliyyət daşımadıqları haqda elanlara da rast gəlinirdi.

Məqsəd sərnişinlərə qənim kəsilən cibgirlərdən müdafiə olunmaq üçün idi. Ancaq son vaxtlar bu yazılar avtobuslardan yığışdırılıb.Cibgirlər isə yenə də işlərinə davam edirlər.

Məlumdur ki, cibgirlər adətən əhalinin sıx olduğı yerlərində avtobuslarda, metroda, bazarlarda və sair yerlərdə fəaliyyət göstərirlər ki, buda günün pik saatlarında olur.

Elə sərnişinlər kimi avtobus sürücüləri də cibgirlərin əlindən bezdiklərini deyirlər. Cibgirlər sərnişinlərlə yanaşı avtobus sürücülərinin də pullarını oğurlayırlar.

Kriminalsit ekspertlər bildirirlər ki, cibgirlər qrup şəklində fəaliyyət göstərirlər. Olanların ən çox istifadə etdikləri taktika belədir. Sərnişin avtobusa qalxıb salona daxil olmağa çalışır.Pilləkən üzərində bir nəfər durub, arxadakı isə sərnişini tələsdirir.Bu zaman süni sıxlıq yaranır və nəticədə arxadakı cibgir çantadan və ya cibdən mobil telefon və ya pul kisənisi götrüb aradan çıxır.

Sərnişinlər arasında belə bir fikir də var ki, cibgirlər avtobus sürücüləri ilə ortaq işləyirlər.

Amma hər kəs bu sərnişin kimi düşünməsin. Belə xoşa gəlməz hallarla üzləşmək istəməyənlər şəxsi əşyalarını və pulunu qorumalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə