Avtomobilləri talayan 17 yaşlı yeniyetmə tutuldu

Avtomobilləri talayan 17 yaşlı yeniyetmə tutuldu

Avtomobillərə maddi ziyan vuran yeniyetmə tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, ayırı-ayırı vətəndaşlara məxsus 15 avtomobili talamaqda, avtomobillərdən oğurluğa cəhddə, avtomobillərə maddi ziyan vuraraq əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamal Mirəliyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə