Sumqayıtda yaşayış evində baş verən yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 20 kv. m sahədə, 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan 3 otaqlı mənzilin eyvanının pəncərəsi qismən yanıb.
Yanğın zamanı 15 nəfər yanğınsöndürənlər tərəfindən binadan təxliyə olunub. 2 nəfər sakin tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB