İtkin düşən 3 nəfər tapıldı. Bakı şəhər Baş Polis idarəsindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 26-da itkin düşən Ağstafa rayon sakini, 1993-cü il təvəlüdlü Cəmilə Sultanova, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də itkin düşən 1982-ci il təvəllüdlü İxtiyar Hüseynov, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 25-də itkin düşən 1983-cü il təvəllüdlü Oleq Nekrasov tapılaraq ailəsinə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB