5000 manatlıq oğurluq

Avtomobil ehtiyyatları oğurlayanlar tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PB, Çevik Polis Alayı, Rayon Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqust-noyabr aylarında Gürcüstan vətəndaşı Anar Həsənova məxsus Babək prospektində yerləşən avtomobil ehtiyyat hissələri mağazasından, açarseçmə yolu ilə 5000 manat dəyərində avtoaksesuar oğurlamaqda şübhəli bilinənlər - Gürcüstan vətəndaşı 1978-ci il təvəllüdlü Nəsimi Həmidov və Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Babək Allahyarov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə