Bakı-Qazax yolunda ağır yol qəzası baş verib ölən var

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib ölən var

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, noyabrın 28-də saat 21:05 radələrində, Bakı-Qazax yolunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində qəsəbə sakinləri - 1984-cü il təvəllüdlü Famil İmanquliyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən piyada 1974-cü il təvəllüdlü Asər Əsədovu vurub. Hadisə nəticəsində A. Əsədov hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə