Ev partladı xəsarət alan var

Bakının Xəzər rayonunda yaşayış evində partlayış baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Mavidə Əliyevanın evində qaz balonunun sızması nəticəsində, ani partlayış olub. Nəticədə evin 6 kvadratmetrlik sahəsi yanıb. Buna baxmayaraq, dağıntı qeydə alınmayıb. Yanıq xəsarəti alan Mavidə Əliyeva xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə