Şirvanda qətl hadisəsi baş verib

Şirvanda qətl hadisəsi baş verib

Şirvanda qətl hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə saat 20:35 radələrində Neftçilər küçəsi ev 36 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Əsədi İlham Hüseyinağa oğlu Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə ürək nahiyyəsindən aldığı bıçaq yarası diaqnozu ilə daxil olub. Yaralı şəxs əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Sonradan məlum olub ki, Əsədi İlham qonşusu, Neftçilər küçəsi ev 5-də yaşayan 1963-cü il təvəllüdlü Əliyev Rasim Mizəffər oğlu tərəfindən bıçaqlanıb. Rasim Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə