Masallıda ağır yol-qəza hadisəsi baş verib

Masallıda ağır yol-qəza hadisəsi baş verib

Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. Masallıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının rayonun Xıl kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Sərçuvar kənd sakini, 26 yaşlı Əlizamin İnqilab oğlu Məmmədov idarə etdiyi "Ford" markalı, 44 BP 663 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, şəxsiyyəti hələlik məlum olmayan 28-30 yaşlarında qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəni törədən sürücü isə istintaqa cəlb olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə