Ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytina istinadən verdiyi xəbərə görə, noyabrın 21-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Zəngilan rayon sakini Elşən Quliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı ağaca vurub. O, hadisə yerində ölüb.
Masallı rayonunun Xıl kəndində rayon sakini Əlizamin Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən 25-30 yaşlı qadını vurub və həmin şəxs hadisə yerində dünyasını dəyişib. Cəlilabad rayonunun Qarazəncirli kəndində Rusiya vətəndaşı Maqomedmurad Raşidovun idarə etdiyi "Volvo" və İmişli rayon sakini Valeh Quliyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillər toqquşub. V.Quliyev və sərnişini, oğlu Fəxri hadisə yerində ölüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB