Dilənçilik edən 17 uşaq saxlanıldı

Dilənçilik edən 17 uşaq saxlanıldı

Bakıda dilənçiliklə məşğul olan azyaşlılar saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 17 azyaşlı müəyyən olunub. Profilaktik söhbətlər aparıldıqdan sonra onlardan 3 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə