Dənizdən qadın meyiti tapıldı

Bakının Puta qəsəbəsində dənizdə gənc qadın meyiti tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 16-da Qaradağ rayonunun Puta qəsəbəsində dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 15-20 yaşlı qadın meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə