Avtomobillə motosiklet toqquşdu 1 ölü, 1 yaralı

Avtomobillə motosiklet toqquşdu 1 ölü, 1 yaralı

Bakıda avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 14-də saat 19:00 radələrində, Sabunçu qəsəbəsi B.Bünyadzadə küçəsində Bakı şəhər sakinləri 1974-cü il təvəllüdlü Mansur Surxayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə 1993-cü il təvəllüdlü Meysən Əlizadənin idarə etdiyi "Zontes" markalı motosikl toqquşub. Nəticədə M.Əlizadə və sərnişini - qardaşı 1995-ci təvəllüdlü Ülvi Əlizadə xəsarətlə xəstəxanaya daxil olub, M.Əlizadə xəstəxanada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə