4 gün öncə itən şəxs tapıldı

4 gün öncə itən şəxs tapıldı

Bakıda 4 gün öncə itkin düşən şəxs tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 10-da saat 13 radələrində itkin düşən, Məmməd Əmin Rəsulzadə qəsəbəsində yaşayan 2000-ci il təvəllüdlü Samral Namazov tapılaraq valideynlərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə