Azərbaycanda ailəvi şəkildə zəhərlənmələr qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 13-də Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakinləri Minə Süleymanova, oğlu Övlad və onun arvadı Həbibi, Gəncə şəhəri sakini Mehriban Babayeva dəm qazından, Xətai rayon sakinləri Bahadur Baxşıyev və onun arvadı Aytən, Abşeron rayonunun Saray qəsəbə sakini Afərin Bəşirova dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Xoşbəxtlikdən ölüm halları qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB