Sabirabadda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Sabirabad rayonu, Yolçubəyli kəndində 1955-ci il təvəllüdlü Ağalarova Gülnaz Hüsən qızına məxsus ümumi sahəsi 308 kv.m olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının tavanı 50 kv.m sahəsində yanğın baş verib. Yanğın FHN-in Sabirabad rayonu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Yaşayış sahəsinin digər hissələri isə yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinə səbəb isə ana-oğul arasında yaranmış münaqişə olub. Belə ki, 1983-cü il təvəllüdlü Ağalarov Saleh Səmədağa oğlu mübahisə zəminində evi qəsdən yanıdırıb.
Qeyd edək ki, yanğını törədən şəxs Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB