"Bakıelektrikşəbəkə" ASC-yə məxsus yarımstansiyada yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə məxsus 214 saylı yarımstansiyanın ərazisində yerləşən ümumi sahəsi 200 kv.m olan tikilinin içərisində quraşdırılmış gücü 6 kVt olan transformatorun çıxış kabeli 1 p.m yanıb. Transformator yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB