Bakıda quldurluq törədən şəxslər tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları Rəhman Məmmədov, Muxtar Rəhimov və Samir Yadigarovu saxlayıblar.
Aparılmış əməliyyat tədbirləri nəticəsində onların ötən ilin dekabrından bu ilin oktyabr ayınadək Bakı şəhərində yaşayan 20 şəxsə qarşı, o cümlədən onlara məxsus mənzillərdən, avtomobillərdən, mağazalardan quldurluq və soyğunçuluq yolu ilə pul, sənəd, mobil telefon, ərzaq məhsulları və danışıq kartları aparmaları müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB