Bakının Sabunçu rayonu ərazisində yarımstansiyada yanğın olub. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda "Azərenerji" ASC-yə məxsus, gücü 110 kVt olan yarımstansiyanın ərazisində ümumi sahəsi 12 kv.m olan elektrik otağında 1 ədəd elektrik açarı və 6 p.m çıxış kabelləri yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB