Nişanlı cütlüyün ölümü ilə bağlı cinayət işi açılıb

Nişanlı cütlüyün ölümü ilə bağlı cinayət işi açılıb

Bakıda nişanlı olan qız və oğlanın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bakı Şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, Binəqədi rayonunda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə