17 yaşlı oğru tutuldu

Polis 17 yaşlı oğrunu saxlayıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 4-də saat 20:00 radələrində, Bakı şəhər Q.Qarayev prospektində yerləşən mağazadan spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü F.İsmayılzadə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə