Yol qəzası ölümlə nəticələndi

Yol qəzası ölümlə nəticələndi

Qubada ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də saat 13:00 radələrində Quba şəhər sakini Camal Abdullayev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Xanlar Niyarəliyevi vurub və piyada hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə