Telefon mağazalarının qənimi tutuldu

Paytaxtda daha bir oğurluq faktının üstü açılıb
Telefon mağazalarının qənimi tutuldu

Bakıda daha bir oğurluq faktının üstü açılıb. Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, oktyabrın 30-da paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Bəhram Nəsibliyə məxsus mağazadan qapını sındırmaq yolu ilə 4 ədəd mobil telefon oğurlanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Məmmədov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 30-da Məhəbbət Rzayevin cibindən 280 manat, Bakı şəhər sakini Yura Taralovla birgə Sərxan Sabirova məxsus mağazadan 60 manat və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Y.Taralov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə