5 min manatı alıb qaçdı

Şərur rayon sakini Bakıda quldurluq edib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, oktyabrın 30-da saat 16:10 radələrində Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokerlə vuraraq içərisində 5 min manat olan selofan paketi əlindən alıb və qaçıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə