Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən iki nəfər rayon sakini saxlanılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, rayonun Babaser kənd sakini, 19 yaşlı Yasəf Yasər oğlu Boyliyev tamah məqsədi ilə həmkəndlisi, 20 yaşlı İlqar Məmmədyar oğlu Nəsirovla qabaqcadan əlbir olaraq gecə saatlarında dayısı arvadı, Masallının Çayqıraq kənd sakini, 48 yaşlı Gülayə Soltan qızı Həsənovanın evinə daxil olublar. Evdən 6000 ABŞ dollarını oğurlayaraq ev sahibinə maddi ziyan vurublar.
Masallı RPŞ-nin müstəntiqi Anar Xəlilovun sözlərinə görə, saxlanılan şəxslər dindirilmə zamanı oğurluq etdiklərini etiraf ediblər.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, saxlanılan şəxslərin digər oğurluq faktlarında iştirakının olub-olmadığı araşdırılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB