Dilənçilik edən 17 qadın və 23 azyaşlı saxlanılıb

Dilənçilik edən 17 qadın və 23 azyaşlı saxlanılıb

Bakı şəhərində dilənçiliklə məşğul olan azyaşlılar saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 17 qadın və 23 azyaşlı saxlanılaraq barələrində inzibati qaydada protokol tərtib olunub. Onlar yaşadıqları Yevlax rayonuna göndəriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə